Rusiyada dollar və avro ciddi şəkildə zəifləyib. Dollar 57,5 rubla, avro isə 62 rubldan da aşağı düşüb. Halbuki neftin bir barel qiyməti 55 dollara qədər azalıb.
Analitiklər hesab edirlər ki, rubl hətta neft qiymətləri aşağı düşsə də rubl öz mövqeyini uğurla saxlayacaq.
Bununla belə, günorta saatlarında vəziyyət bir az dəyişib. Valyuta kursları itkiləri qaytarıb və artmaya yenidən davam edib. Moskva birjasının məlumatına görə, dolların kursu 58 rublu, avronun kursu isə 62,4 rublu ötüb.
Dollar və avronun ucuzlaşmasına təsir edən amillərdən biri də Yəməndəki savaş və Avropa ilə İran arasında aparında nüvə danışıqlarıdır. Bununla belə bir çox ekspertlər hesab edirlər ki, yaxın aylarda neftin qiyməti 65- 70 dollara qalxa bilər. Belə olan halda rubl dollar qarşısında daha da möhkəmlənərək 53 - 55 rubl olacaq.
xezerxeber.az