Expressbank elektron arayışlar əsasında kreditlər təklif edir | Banco.az

Expressbank elektron arayışlar əsasında kreditlər təklif edir

Expressbank Elektron Hökümət portalına qoşularaq, müştərilərə kreditləri elektron arayışla təklif edir. Bu xidmət vasitəsilə vətəndaşlar vaxt itkisinə yol vermədən, banka getmədən onlayn rejimdə portala daxil olaraq, avtomatik formalaşan arayışı elektron şəkildə banka göndərə bilərlər.

Hazırda, Expressbank-ın MXD, Mərkəz, Yasamal, Neftçilər və Sumqayıt filiallarında e-arayışlardan istifadəyə start veriblər və yaxın zamanda digər filiallarda da tətbiq olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Expressbank müştərilərə milli valyutada kredit təklif etməkdə davam edir. Müştərilər Expressbank filiallarına müraciət etməklə, manatla kredit rəsmiləşdirə bilərlər. Kreditin məbləği 10000 AZN-dək, maksimal müddəti isə 36 ay ola bilər.