Bank nağdılaşdırma limitini ləğv etdi | Banco.az

Bank nağdılaşdırma limitini ləğv etdi

“DəmirBank” Novruz bayramı münasibətilə təqdim etdiyi “DəmirTaksit” kartı üzrə nağdılaşdırma limitini martın 27-dək ləğv etdi. Bu limitin aradan qaldırılması müştəriyə kartdakı məbləğin 100 faizini nağlaşdırmaq imkanı verəcək.

35 mindən çox istifadəçisi olan “DəmirTaksit” kartı məhsul və ya xidmətin dəyərini hissələrə bölüb ödəmək imkanı verən kredit kartıdır. Bu kredit kartını Azərbaycanda və eləcə də, dünyanın 200-ə qədər ölkəsində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin internetdə məhsul və xidmətin dəyərini ödəmək məqsədi ilə istifadə etmək mümkündür. “DəmirTaksit” kartları pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur.

Ən sərfəli kredit üçün müraciət et