Banco.az portalı, 2014-cü ilin yekunlarına əsasən bankların aktivlərin həcminə görə sıralamasını Sizə təqdim edir. Bu reytinq bankların illik və rüblük maliyyə hesabatları və əsasən balans hesabı əsasında tərtib edilib. Bəzi Bankların rəsmi saytlarında 2014-cü ilin son rübünə olan rəqəmlər yer almadığından renkinqdə daha öncəki tarixlərə olan rəqəmlər əks olunub.
Lakin siyahıda adları yer almayan banklar isə, ümumiyyətlə, 2014-cü ilə dair müvafiq hesabatları saytlarında yerləşdirməyən banklardır. Təəssüf ki, bir neçə bank dövrü olaraq Mərkəzi Banka maliyyə göstərciləri ilə bağlı rəqəmləri tərtib etsə də saytında həmin rəqəmləri açıqlamağı vacib hesab etmir.
İlk beşlik isə belə görünür: Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Paşa Bank, Xalq Bank və AccessBank
Bankın adı |
Aktivlər |
Tarix |
Beynəlxalq Bank |
8 705 978 |
30.06.2014 |
Kapital Bank |
1 345 936 |
30.09. 2014 |
Paşa Bank |
1 287 904 |
31.12.2014 |
Xalq Bank |
1 268 027 |
31.12.2014 |
AccessBank |
1 054 461 |
31.12.2014 |
Unibank |
844 019 |
31.12.2014 |
Bank of Baku |
748 192 |
31.12.2014 |
Bank Technique |
608 725 |
31.12.2014 |
Atabank |
580 316 |
31.12.2014 |
AGBank |
514 887 |
31.12.2014 |
Bank Respublika |
509 767 |
31.12.2014 |
Zamin Bank |
429 931 |
01.04.2014 |
Dəmirbank |
420 303 |
31.12.2014 |
ASB Bank |
419 613 |
31.12.2014 |
Nikoil Bank |
365 957 |
31.12.2014 |
Yapı Kredi bank Azərbaycan |
348 569 |
31.12.2014 |
Expressbank |
330 989 |
31.12.2014 |
Turanbank |
322 431 |
31.12.2014 |
AFB Bank |
311 988 |
30.09. 2014 |
Rabitəbank |
305 054 |
31.12.2014 |
Azər-Turk Bank |
294 043 |
31.12.2014 |
VTB Bank Azərbaycan |
288 921 |
31.12.2014 |
Bank Silk Way |
232 741 |
31.12.2014 |
Amrahbank |
207 145 |
31.12.2014 |
Qafqaz Inkişaf Bankı |
147 028 |
31.12.2014 |
Bank BTB |
138 759 |
30.09.2014 |
NBC Bank |
138 106 |
31.12.2014 |
Kredobank |
135 271 |
30.06.2014 |
Parabank |
127 146 |
30.09.2014 |
Gəncəbank |
122 865 |
30.06.2014 |
Bank Avrasiya |
95 879 |
31.12.2014 |
United Credit Bank |
68 763 |
30.06.2014 |
Dekabank |
64 052 |
01.10.2014 |
Azərbaycan Kredit Bankı |
18 733 |
30.06.2014 |
Balans hesabatı – müəssisənin bəlli bir tarixdəki aktivlərini və passivlərini (öhdəlik, kapital) göstərən hesabatdır. Balans hesabatının əsas elementləri aktivlər, öhdəliklər və kapitaldır.
Hər hansı bir bankın aktivləri sırasında yer ala bilər:
• Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri
• İnvestisiya və ya ticarət üçün qiymətli kağızlar
• Müştərilərə verilmiş kreditlər,
• Banklara, dövlətə və ya digər orqanlara verilmiş kreditlər
• İnvestisiya əmlakı
• Əmlak və avadanlıqlar
• Qeyri-maddi aktivlər (müxtəlif proqram təminatları və s.)