Bank səhifələrinin "like devalvasiyası" | Banco.az

Bank səhifələrinin "like devalvasiyası"

Ötən həftəsonu facebook könüllü şəkildə deaktiv edilmiş və qeyri-ixtiyarı şəkildə aktivliyi itirmiş facebook hesablarını silmişdir.

Təbii ki, bu silinmələr bankların rəsmi səhifələrinə də təsirsiz ötüşməyib. Nəticədə bir çox bankların səhifələrinin fan sayında azalma qeydə alınıb.  Banco.az portalı socialbaker.com vasitəsi ilə hansı bankın daha çox fan azalması ilə üzləşdiyini araşdırmışdır.

Rəqəmlərə əsasən ən cüzi azalma Dəmir Bank, Yapı Kredi Bank və Accessbankın səhifələrində olub, Atabankın səhifəsində isə, ümumiyyətlə, azalma deyil, artım qeyd alınıb.

Faiz etibarilə ən çox fan itirən bank səhifələri isə Bank Standard və Bank of Azerbaijan olmuşdur.

Banklar

Əvvəl

Sonra

Dəyişiklik rəqəmlə

Faiz

AccessBank

58212

58192

20

0,0%

AtaBank

207175

207220

-45

0,0%

Bank of Azerbaijan

16447

15081

1366

8,3%

Bank of Baku

211957

195238

16719

7,9%

Bank Respublika

132339

122857

9482

7,2%

Bank Standard

34206

31156

3050

8,9%

Bank technique

28344

28322

22

0,1%

Beynəlxalq Bank

60597

59918

679

1,1%

DəmirBank

56214

56197

17

0,0%

Expressbank

43288

42289

999

2,3%

Kapital Bank

149139

145466

3673

2,5%

Parabank

103865

95504

8361

8,0%

Rabitabank

13387

12533

854

6,4%

TuranBank

24294

24180

114

0,5%

Unibank

239194

219747

19447

8,1%

Yapı Kredi Bank Azərbaycan

62073

62054

19

0,0%

Zaminbank

18142

17411

731

4,0%

Ən sərfəli kredit üçün müraciət et

Facebook-un açıqlamasına əsasən, istifadə olunmayan hesabların silinməsi bizneslə məşğul olan səhifələrə imkan verir ki, öz izləyicilərinin sayı haqqında dəqiq informasiya əldə etmiş olsunlar. Həmçinin belə hesabların silinməsi onlara “lookalike” prinsipi əsasında öz izləyiciləri ilə müəyyən məqamlarda əlaqə qurmağı asanlaşdırır.