Yapı Kredi Bank Azərbaycan 2014-cü ili necə başa vurdu? | Banco.az

Yapı Kredi Bank Azərbaycan 2014-cü ili necə başa vurdu?

Yapı Kredi Bank Azərbaycan 2014-cü ili necə başa vurdu?

Yapı Kredi Bank Azərbaycanın kredit portfeli 2013-cü ilin sonu ilə müqayisədə  2014-cü ildə 21,81% böyüyüb.  Bu haqda Banco.az portalı Bankın maliyyə hesabatlarına istinad edərək məlumat verir.

2014-cü ilin sonuna olan göstəricilərə əsasən Bankın cəmi aktivlərinin həcmi 13,49% artaraq 348,569 mln-a çatmışdır. Bankın müştərilərə verilən kredit portfelinin həcmi 21,81 %  artaraq 267,467 mln manat olmuşdur.  

Ötən il ərzində, bankın aktivlər üzrə ayırdığı məqsədli ehtiyatların həcmi isə əksinə 28,26 % artaraq  12, 068 mln manat olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Müştərilərin cari hesablarında 0,16%, nizamnamə kapitalından isə  7,64% qeydə alınıb.

2013-cü cü ilin sonu ilə müqayisədə Bankın faiz gəlirlərində artım 37,76% olub. Bankın faiz gəlirlərinin miqdarı 34, 666 mln, qeyri-faiz gəlirlərinin miqdarı  isə 29,093 mln olmuşdur. Bankın faiz xərcləri 85,15% , qeyri faiz xərcləri isə 57,18 artmışdır.

Yapı Kredi Bank 2014-cü ili mənfəətlə başa vurmağa müvəffəq olub. Bankın vergidən sonrakı xalis mənfəəti 2013-cü illə müqayisədə 2,7 dəfə daha çox olub və 4,667 mln təşkil edib. 

Ən sərfəli krediti almaq üçün müraciət et