Bankların 8 Mart Hədiyyəsi! | Banco.az

Bankların 8 Mart Hədiyyəsi!

Hər zamanyanımızda olan banklar müştərilərinin özəl günlərində daha yaxın olmağa çalışırlar. Özəl günləri daha da gözəl keçirmələri üçün onlar üçün xüsusi kampaniyalar və hədiyyələr hazırlamaqdan böyük zövq duyurlar. Əgər xanımlara yaradıcı hədiyyə etmək istəyirsinizsə Banco.az portalı olaraq bankların "8 Mart - Beynəlxalq Qadınlar günü" münasibətilə hazırladıqları kampaniyaları bir araya gətirdik və sizə təqdim edirik.

Unibank qadınların bayramını  möhtəşəm və unudulmaz etmək məqsədilə  8 marta  8  taksit kampaniyasına başlayır. Martın 7, 8 və 9-u  ALBALI PLUS (ALBALI) kartı  ilə alış-veriş  əsl bayram əhvalı yaradacaq. Kampaniyanın davam etdiyi 3 gün ərzində  ALBALI PLUS   (ALBALI) kart  sahibləri  3 və 6 taksitli alış-verişlərə Unibank-dan əlavə 2 taksit hədiyyə qazanacaqlar. Üstəlik,  8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə 1000-dən artıq partnyor mağazada  müxtəlif endirim və hədiyyələr ALBALI  PLUS (ALBALI) kart sahiblərini gözləyir.

8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə “Bank of Baku”  Bolkart sahibləri üçün “Bolkartla bayramınız 2-qat sevincli olsun!” kampaniyasını elan edir. Mart ayının 7-dən 9-dək Bolkart sahibləri kartları ilə 3 və 6 aylıq ödəmə müddəti olan mağazalarda hər hansı məhsulu alıb, onun dəyərini 8 ayadək ödəmək imkanı qazanır. Beləliklə, Bolkart sahibi 3 və 6 ay ödənişli mağazada cari il 7 - 9 Mart tarixlərində alış-veriş edəcəyi təqdirdə əlavə 2 ay hədiyyə qazanaraq, məhsulun dəyərini uyğun olaraq 5 və 8 aya bölüb ödəmək imkanını əldə edəcək.

“DəmirBank” 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə 6,7,8 mart tarixlərində “DəmirTaksit” kartı ilə əməliyyat aparmış xanımların etdikləri bütün əməliyyat məbləğlərin 8 %-ni hədiyyə olaraq onların balansına geri qaytaracaq. Bununla yanaşı, Bank xanımlara  6,7,8 mart tarixlərində “DəmirTaksit” kartı üzrə  limitsiz nağdılaşdırma imkanı da verəcək.

Expressbank 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə yeni kredit aksiyası təqdim edir. Aksiya 8 mart 2015-ci il tarixinədək davam edir. Aksiyanın şərtlərinə görə, nağd pul krediti götürmək istəyən müştərilər bank komissiyasından (kredit rəsmiləşdirilməsi, sığorta və nağdlaşma) azad olunacaqlar. Kreditin məbləği 10000 AZN-dək, maksimal müddəti isə 36 aydır. Üstəlik xanım müştərilərə SmileCard taksit kartı hədiyyə ediləcək.

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlar üçün 18 fevral – 17 mart tarixlərini əhatə edən xüsusi endirim kampaniyasının icrasına başlayıb. Bu dövr ərzində “FINCA Azerbaijan”dan kredit götürən bütün xanım müştərilər 8%-dək endirimlərdən faydalana biləcəklər. Kampaniyanın şərtlərinə əsasən təşkilatdan ilk dəfə kredit götürən xanımlar 2-4%, iki və daha çox kredit götürən xanım müştərilər isə dövrlərindən asılı olaraq 4-8%-dək faiz endirimlərindən yararlanacaqlar.

“Bank Standard” 8 mart bayramı münasibətilə xanımları üçün aksiyaya start verir. Aksiya mart ayının 2-19 tarixləri arası bankın bütün filiallarında keçiriləcək. Aksiya çərçivəsində xanımlara 12 ay müddətinə SmartCard Gold kredit kartı hədiyyə olunacaq. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və iş yerindən arayış təqdim etmək kifayətdir. “Bank Standard” bankda hesabı olan və ötən il aksiya çərçivəsində hədiyyə qazanan xanımlara isə 36 ay müddətinə MasterCard Gold kredit kartını hədiyyə edir və kredit xəttinin illik faiz dərəcəsinə 1% endirim edir. Əlavə olaraq aksiya çərçivəsində hədiyyə qazanan xanım müştərilərə kredit xətti məbləğinin artırılma imkanı yaradılır.

Kapital Bank “8 Mart Beynəlxalq Qadınlar Günü” ilə əlaqədar kampaniya həyata keçirir. Kampaniyanın şərtləri bunlardır:

- Kampaniya qadın müştərilər üçün 2015-ci il mart ayının 6 və 7-i tarixlərində keçirilir. 

- Gündəlik tələbat kredit məhsulu üzrə kredit komissiyaları aşağıdakı cədvələ uyğun hesablanır. 

 

kreditin müddəti

[6 - 12] ay

kreditin müddəti

(12 - 24] ay

kreditin müddəti

(24 - 36] ay

Nağdlaşdırma komissiyası

0%

1%

1%

Rəsmiləşdirmə komissiyası

0%

1%

2%

Ən sərfəli kredit üçün müraciət et

8 Marta az qalıb və bu bayramı çox şən qeyd etmək lazımdır.
Sadəcə 8 Martda kimlə kinoteatra getmək istədiyinizi şərhlərdə qeyd edin və AccessBank-dan 2 nəfərlik kino bileti qazanan 8 qlibdən biri siz olun!
Şərtlər haqqında ətraflı məlumatı linkdən oxuya bilərsiniz. https://www.facebook.com/AccessBankAz/photos/a.393529217324241.102062.28...

Ən sərfəli krediti almaq üçün müraciət et