Plastik kartlarının istifadəsinin artması ölkədəki bankomatlar və POS terminalların sayına hər keçən gün öz təsiri göstərir. Əvvəlki illərlə müqayisədə, əhali arasında nağd pul istifadəsi nəzərəçarpacaq şəkildə azalıb. İnsanlar alış-veriş , istirahət mərkəzlərində, kafe və restoranlarda və s. bu tipli yerlərdə plastik kartlarla ödənişə üstünlük verirlər.
Banco.az saytı olaraq ötən ilin son ayı və bu ilin yanvar ayı ərzində bankomatlar və POS terminalların sayındakı dəyişikliklə bağlı statistik məlumatları nəzərinizə çatdırırq.
Banco.az Mərkəzi Banka İstinadən məlumat verir ki, ötən ilin dekabr ayı ilə müqayisədə ATM-lərin sayı cəmi 10 ədəd artaraq, 2618-ə çatıb. Bu bankomatlardan 1480-i Bakının, 1138-si isə regionların payına düşür.
Bir ay ərzində Bakıdakı bankomatların sayı 9 ədəd artdığı halda, regionlarda cəmi 1 ədəd yeni bankomat istifadəyə verilib.
ATM-lərlə müqayisədə, POS terminalların sayındakı artım daha nəzərəçarpan olub. Belə ki, dekabr ayı ilə müqayisədə onların sayı 2% artaraq 74584-ə çatıb ki, bunun da 73 159-u pərakəndə ticarət mərkəzlərinin payına düşür. Yanvar ayı ərzində yeni 1571 POS terminal quraşdırılıb ki, onlardan 244-ü Bakıda, 1327-i isə regionlara təsadüf edir.
Beləliklə cari ilin ilk ayı ərzində regionlarda POS terminalların sayı kifayət qədər artaraq 22963-dan 24290-a yüksəlib. Buna baxmayaraq paytaxtdakı POS-terminalların sayı regionlardakından təxminən 2 dəfə çoxdur.