Banco.az saytı Mərkəzi Banka istinadən bildirir ki, əhalinin bankdakı əmanətləri 0,9 faiz azalaraq 7188,4 mln manata düşüb. Bu əmanətlərdən 4276,3 mln manatı milli valyuta 2845 mln manatı isə xarici valyuta yerləşdirilib. Ötən ilin son ayı ilə müqayisədə cəmi əmanətlərin həcmində 67,1 mln manat azalma qeydə alınıb. Milli valyutada olan əmanətlər 146,1 mln azaldığı halda, xarici valyutada olan əmanətlərin həcmi 79 mln artıb.
Rezidentlərin yerləşdirdiyi əmanətlərin həcmi 6463,6 mln manat, qeyri - rezidentlərin əmanətləri isə 657,7 min manat olub.
Fevral ayında məzənnə dəyişikliyindən sonra bu rəqəmlərin daha kəskin dəyişəcəyini təxmin etmək olar.