“ABB-Moskva” bir il müddətinə 2 milyard rubl məbləğində kreditin cəlb edilməsi haqqında saziş imzalayıb.
Azərbaycan Beynəlxalq Bankından (ABB) bildiriblər ki, kredit ABB-nin zəmanəti əsasında cəlb edilib.
Resursların belə əhəmiyyətli miqdarda cəlb edilməsi kreditorlarin “ABB-Moskva”ya yüksək etimadını göstərir. Bu, maliyyə institutları ilə əməkdaşlığın inkişafı və möhkəmlənməsi, həmçinin işgüzar əlaqələrin gücləndirilməsi üçün bir addımdır.
azertag.az