Fevral ayı ərzində "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə 2,1 milyon manata yaxın məbləğdə sığorta ödənişi həyata keçirilmişdir.
2015-ci ilin fevral ayı ərzində "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1,771 sığorta tələbi üzrə 2,099,884 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İcbari Sığorta Bürosundan Banco.az portalına verilən məlumatda qeyd olunur ki, ödənilmiş sığorta tələblərinin və həmin tələblər üzrə həyata keçirilmiş sığorta ödənişlərinin zərərin növü üzrə bölgüsü aşağıdakı kimi olmuşdur:
Nəqliyyat vasitəsinə dəyən zərər üzrə |
Əmlaka dəyən zərər üzrə |
Sağlamlığa dəyən zərər üzrə |
Şəxsin ölümü üzrə |
Cəmi |
|||||
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
1,646 |
1,870,064 |
50 |
87,070 |
62 |
77,750 |
13 |
65,000 |
1,771 |
2,099,884 |
Fevral ayında İcbari Sığorta Bürosu tərəfindən 2 kompensasiya tələbi üzrə 4,500 manat məbləğində kompensasiya ödənişi həyata keçirmişdir.