Manatın məzənnəsinin dollarla nisbətdə aşağı düşməsi yerli istehsal məhsullarının qiymətinin dəyişməsinə, yəni artmasına heç bir halda təsir göstərməyib.
Nəzərə alsaq ki, Azərbaycan ərzaq məhsullarının əhəmiyyətli hissəsini, bəzi ərzaq məhsullarının isə bütövlüklə ölkə daxilində, özü istehsal edir və xarici bazardan asılılıq sıfıra bərabərdir, belə qənaətə gəlmək olar kı, dolların qiymətinin bahalaşmasının bu sahəsyə təsir etməməsi qanunauyğunluqdur.
Buna baxmayaraq, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süni qiymət artımı ilə bağlı yoxlama tədbirlərini daha da gücləndirib.
Manatın məzənnəsinin dəyişikliyindən sonra bəzi ticarət obyektlərində süni qiymət artı hallarının qarşısının alınması üçün nəzarət tədbirləri görülür.
atvxeber.com