“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlar üçün 18 fevral – 17 mart tarixlərini əhatə edən xüsusi endirim kampaniyasının icrasına başlayıb. Bu dövr ərzində “FINCA Azerbaijan”dan kredit götürən bütün xanım müştərilər 8%-dək endirimlərdən faydalana biləcəklər.
Kampaniyanın şərtlərinə əsasən təşkilatdan ilk dəfə kredit götürən xanımlar 2-4%, iki və daha çox kredit götürən xanım müştərilər isə dövrlərindən asılı olaraq 4-8%-dək faiz endirimlərindən yararlanacaqlar.
Hal-hazırda 155,000 nəfərə yaxın aktiv müştəriyə maliyyə xidmətləri göstərən FINCA Azerbaijan-ın ümumi müştərilərinin 30%-ə yaxın hissəsini məhz kiçik və orta sahibkarlıqla məşğul olan xanımlar tutur.