"Azərbaycanda pensiyaçılar bundan sonra pensiyalarını digər bankların bankomatlarından da götürə biləcəklər". Bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevdeyib.
Onun sözlərinə görə, bu günə qədər pensiyalar götürülən zaman bankomatların qarşısında gərginliklər müşahidə olunurdu: "Lakin bu, pensiyaların maliyyəşdirilməsində problem kimi qiymətləndirilməməlidir. Belə ki, bu vətəndaşların maliyyələşmə günündə, yəni bir gündə öz vəsaitlərini bankomatlardan nağd çıxarılmasına əsaslanır".
Mövcud məsələnin tənzimlənməsi üçün DSMF-nin aidiyyəti qurumlarla danışıqlar apardığı deyən sədr E.Mehdiyev əlavə edib ki, hazırda problemin həlli məsələsi nəzərdən keçirilir: "Nəzərdən keçirilən digər məsələ plastik kart sahiblərinə müxtəlif bankların bankomatlarından istifadənin yaradılmasıdır. Banklar arasında interfeys əlaqəsinin gücləndirilməsi hesabına pensiyaçılar müxtəlif bankların bankomatları vasitəsilə pensiyalarınə əldə edə biləcəklər. Həmçinin, nağdsiz ödəniş şəbəkəsinin genişləndirilməsi və pensiyaçılar arasında bu sahədə təşviqatın aparılması məsələsi də gündəmdədir"
xezerxeber.com