“DəmirBank” “Energocredit” layihəsi çərçivəsində müştərilərinə sərfəli “Energocredit”ləri təklif edir. Belə ki, müştərilər daha səmərəli texniki avadanlıq, materiallar və məişət avadanlıqları əldə etməklə, enerjiyə ödədikləri vəsaitə qənaət edə bilərlər. Bununla yanaşı, “Energocredit” müştərilərə məhsul dəyərinin 10 faizini nağd şəklində geri almaq imkanı verir.
Qeyd edək ki, “DəmirBank” “Avropa Yenidənqurma və İnkişaf Bankı” (AYİB) tərəfindən tətbiq edilən “Energokredit” layihəsinə bu ilin sentyabr ayından qoşulub. AYİB layihəni gerçəkləşdirmək üçün “DəmirBank”a 5 milyon ABŞ dolları ayırıb.