LinkedInin həmtəsisçisindən karyera keçidi etmək istəyənlərə peşəkar məsləhəti | Banco.az

LinkedInin həmtəsisçisindən karyera keçidi etmək istəyənlərə peşəkar məsləhəti

Yeni bir peşə axtarışı əksəriyyətimizə qorxulu görünə bilər.

Demək olar ki, hər bir iş axtaran şəxs əlindən gələni edir ki, ilk təssüratı uğurlu olsun. Bunun üçün, təkmil bir CV və rezume hazırlayır, hər bir detalı diqqətlə nəzərdən keçirir. Öz ixtisasına uyğun peşə axtarışı belə kifayət qədər stresli prosesdir. Əgər siz karyera keçidi edirinizsə, yəni artıq tamamilə yeni bir sferada çalışmağa başlayırsınızsa, bu daha çox gərginlik gətirən prosesdir.

Amma LinkedInin məhsul departamentinin vitse-prezidenti və həmtəsisçisi Allen Bluenin fikrincə karyera dəyişmək o qədər də çətin və ürküdücü bir hal kimi qiymətləndirilməməlidir. O qeyd edir ki, yeni cığırla addımlamaq düşündüyünüzdən asan ola biər. Bluenin özü də karyerasının müəyyən dönəmində fərqli bir sahəyə keçid edib. LinkedIndə fəaliyyətə başlamamışdan əvvəl o səhnə tərtibatları üçün dekorasiya və işıqlar hazırlayırdı.

Karyera dəyişikliyi etmək niyə daha uğurlu ola bilər?

  • Peşə istiqamətimizi dəyişərkən ətrafımızdakılar bizə mayak ola bilər.

Blue qeyd edir ki: “Siz bu keçidi heç vaxt tək keçməyəcəksiniz. Sizi əhatə edən insanlar düzgün seçim etməkdə və yeni iş yerinin axtarıb tapılmasında, idarə heyəti ilə əlaqələrin qurulmasında sizə yaxından kömək edəcəklər.” Nitqdən belə qənaətə gəlmək olur ki, yaxınlarımız bizə yeni şeyləri kəşf etməkdə, özümüzü yeni sferalarda sınamağda yardımçı olacaqlar. Yəni insan amili bizi karyera cığırında büdrəməyə qoymayacaq.

Ən sərfəli kredit üçün müraciət et

  • Əgər sizin əvvəlki iş təcrübəniz yeni kayera seçiminizlə uyğunluq təşkil etmirsə, burda problemli heçnə yoxdur.

Blue öz müsahibəsində deyir ki, o da LinkedInin digər işçiləri kimi bu sahəyə təzə qoşulmağa başlayarkən işlərin gələcək gedişatından və nəyi necə eləməli olduğundan xəbərsiz idi. Çünki sosial media tətbiqləri 2002-ci ildə bugün olduğu qədər geniş yayılmamışdı. LinkedIn komandası bu məhsulları sınaqdan keçirmək və işlək vəziyyətə gətirmək üçün xüsusi iş otaqları hazırlamışdılar. Onlar ideal nəticə alana kimi ard-arda baş verən uğursuzluqlardan təngə gəlmir və hər dəfə yenidən cəhd edirdiər. Bugün onlar artıq dünyaca məşhur, reputasiya qazanan komandadırlar. Yəni əgər sizin hər hansı sahədə təcrübəniz yoxdursa, bu həmin sahənin peşəkarına çevrilmənizə maneə ola bilməz.

  • Şirkətlər həmçinin fərqli karyera keçmişləri olan işçilərdən də böyk mənfəət qazana bilərlər.

Blue izah edir ki, fərqli peşə təcrübələri olan insanlar yaranan problemləri daha asan və yeni üsullarla həll edə bilərlər. Söhbətin bu yerində Blue keçən il qarşısına çıxan Google-un insan resursları araşdırmasını xatırlayır. Sorğunun nəticələri göstərdi ki, hər hansı bir karyera uğuru əldə etmək üçün GPA balı demək olar ki əhəmiyyət daşımır, bu uğur qətiyyətlilik və s. kimi şəxsi keyfiyyətlərdən asılıdır. Sonda bu nəticəyə gəlinir ki, şirkətin mühəndisləri insan resursları üzrə mütəxəssislərdən daha fərqli mövqe irəli sürüblər. Blue yekun olaraq qeyd edir: “İnsanların eyni məsələ ətrafında müxtəlif həll yolları tapması doğurdan da mükəməlliyə yaxınlıq deməkdir!”.