Mənzil bazarında qiymət indeksi 2014-cü ilin dördüncü rübündə üçüncü rübü ilə müqayisədə 0,6 faiz, əvvəlki ilin müvafiq rübünə nisbətən isə 10,1 faiz artıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumatda bildirilib ki, ilkin mənzil bazarında qiymətlər əvvəlki rüblə müqayisədə 0,9 faiz, əvvəlki ilin müvafiq rübünə nisbətən 9,1 faiz, təkrar mənzil bazarında qiymətlər əvvəlki rüblə müqayisədə 0,6 faiz, əvvəlki ilin müvafiq rübü ilə müqayisədə isə 10,1 faiz artıb.
atvxeber.com