ASB Bankın kredit portfeli 40,96% böyüyüb. Bu haqda, Banco.az portalı Bankın maliyyə hesabatlarına istinad edərək yazır.
2014-cü ilin sonuna olan göstəricilərə əsasən, Bankın cəmi aktivlərinin həcmi 23,73 % artaraq, 419, 613 mln-a çatmışdır. Bankın overdraftlar da daxil olmaqla kredit portfelinin həcmi 37,71% artmış, Bankın aktivlər üzrə ayırdığı məqsədli ehtiyatların həcmi isə əksinə 16,93% azalmışdır. 2014-cü ildə ASB Bankın məqsədli ehtiyatlarının həcmi 5,667mln olmuşdur.
Ötən il Bankın depozit portfeli 8,09% azaldığı halda, cəmi kapitalı 9,78% artmışdır.
2013-cü cü ilin sonu ilə müqayisədə Bankın faiz gəlirlərində artım 51,86% olub. Bankın faiz gəlirlərinin miqdarı 23,682 mln, qeyri faiz gəlirlərinin miqdarı isə 7,536 mln olmuşdur. Bankın faiz xərcləri 13,09% artdığı halda, qeyri faiz xərcləri 2,27% azalmışdır.
2014%-cü ildə Bankın əməkhaqqı və kompensasiya ödənişlərinə ayırdığı məbləğ 4, 280 mln manat olub ki, bu da 2013-cü ildəki rəqəmdən 8,72% daha çoxdur.
ASB Bank 2014-cü ili mənfəətlə başa vurmağa müvəffəq olub. Bankın vergidən sonrakı xalis mənfəəti 2013-cü illə müqayisədə 23,62% artıb.