2014-cü ildə Azərbaycanda banklar filialların sayını 6% artırıblar
Azərbaycanda fəaliyyət göstərən banklar 2014-cü ildə filialların sayını 7,4% - 752-yə qədər artırıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
2014-cü il dekabrın 31-nə Azərbaycanda dövlət kapitalı ilə 2 bank və 43 kommersiya bankı fəaliyyət göstərib.
Dövlət kapitalının iştirakı ilə fəaliyyət göstərən bankların sayı 40 (artım 11,1%), özəl bankların sayı 712 (artım 7,2%) təşkil edir.
Ümumilikdə respublikada fəaliyyət göstərən 41 bankın filialları var. 2013-cü ilin yekunları üzrə onların sayı 39 olub.
2015-ci il yanvarın 1-nə bankların 162 şöbəsi fəaliyyət göstərir ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 9,4% çoxdur.
AMB-nin məlumatına görə, 2014-cü il dekabrın 31-nə Azərbaycan kredit təşkilatlarının xaricdəki törəmə banklarının sayı (4) dəyişməyib, nümayəndəliklərinin sayı isə 7-yə bərabər olub.
interfax.az