Ötən ilin əvvəlindən əksəriyyətimiz 2014-cü il ilin bir sıra bankların bağlanması və ya birləşməsi ilə yadda qalacağını düşünürdü. Lakin göründüyü kimi heç bir bankın lisenziyası ləğv edilmədi. Əksinə ilin son rübündə daha bir bank fəaliyyət üçün lisenziya alıb.
Banco.az Mərkəzi Banka istinadən məlumat verir ki, Azərbaycanda fəaliyyət göstərən bankların sayı 45-ə çatıb. Bunlardan 2-i dövlət, qalan 43-ü isə kommersiya bankıdır. Banklardan 23-ü xarici kapitallıdır və onlardan 8-də bu xarıcı kapitalın miqdarı 50%-dən 100%-ə qədərdir.
Fəaliyyət göstərən banklardan 2-i isə xarici bankların yerli filiallarıdır.
O cümlədən ölkədə bankların filiallarının sayında artım qeydə alınıb, ötən il ərzində yeni 52 filial açılıb ki, bu da xidmət şəbəkəsinin ?% böyüdüyünü göstərir. Yeni açılan filiallardan 4-dövlət, 48-i isə özəl bankların filiallarıdır.