AGBank 2014-cü ildə mənfəətli ola bildimi? | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

AGBank 2014-cü ildə mənfəətli ola bildimi?

AGBank 2014-cü ili mənfəətlə başa vurub. Bu haqda Bankın maliyyə hesabatlarına istinad edən Banco.az məlumat verir.

AGBank  2014-cü ilin yekunlarına dair illik hesabatları açıqlayıb.  Ötən 1 il ərzində Bankın kredit portfeli 6,20 % artaraq, 374, 556 mln manata çatıb. Bankın xalis kredit porfelində artım isə 6,46% olub.  Eyni zamanda Bankın kreditlərdən və lizinqlərdən olan mümkün zərərlərin ödənilməsi üçün ayırdığı məqsədli ehtiyatların həcmi bir il öncə ilə müqayisədə 1,82 % artaraq, 20,190 mln manat təşkil edib.

Bankın cəmi aktivləri isə 10,16% artıb və 2014-cü ilin dekabrına olan rəqəm 514.888 mln manatdır.

Bankın depozit portfelinin həcmi 514, 888 mln, cəmi kapitalın həcmi isə 53, 528 mln manatdır

Başa çatmış il ərzində Bankın faiz gəlirləri 5,93%, qeyri-faiz gəlirləri isə 1,54% artmışdır.

Lakin eyni zamanda bankın qeyri-faiz xərcləri 4,19% azalmışdır. Faiz xərclərində artım isə 8,78% olmuşdur.

Yekunda Bank ili mənfəətlə başa vurmuşdur, onun vergidən öncəki mənfəəti ötən ilin analoji dövrü ilə müqayisədə 2 dəfə (112,48%) daha çoxdur.

Daha ətraflı şəkildə infoqrafikada izləyə bilərsiniz. 

Banco.az. Konül Soltanova  |