Bank Respublikanın xalis kredit portfelinin 8,96% böyüyüb. Bu haqda Bankın maliyyə hesabatlarına istinad edən Banco.az məlumat verir.
Bank Respublika 2014-cü ilin yekunlarına dair illik hesabatları açıqlayıb. Ötən 1 il ərzində Bankın məcmu kapitalı 4,87% azalaraq, 63,086 milyon manata enib. Bankın aktivlərinin həcmi isə, ümumilikdə, 5,86 % artıb və beləliklə, hazırda 509,767 milyon manat təşkil edir.
2013-cü illə müqayisədə Bankın overdraflar da daxil olmaqla cəmi kredit portfeli 7,44 %, xalis kredit porfeli isə 8,96% artmışdır.
Bununla yanaşı Bankın məqsədli ehtiyyatlarının həcmi də əhəmiyyətli dərəcədə yüksəlmişdir. 2013-cü ildə Bankın kreditlər üzrə yaratdığı məqsədli ehtiyyatların həcmi 2,196 mln manat olmuşdursa, 2014-cü ildə bu rəqəm 7,777 mln-a çatmışdır.
Başa çatmış il ərzində Bankın faiz gəlirləri 26,86 % artdığı halda, qeyri faiz gəlirləri 22,02% azalıb. Bankın faiz xərclərində artım 19,54%, qeyri faiz xərclərində isə 13,74% artıb. Beləliklə Bankın xalis mənfəəti 11, 021 milyon manat təşkil edib ki, bu da ötən ildən 1,50% daha azdır.
Daha ətraflı şəkildə infoqramda izləyə bilərsiniz.
Copy: Copy: | Create infographics