"Şimali Karyera"
Müəllif: Bahadur Əlizadə
Ən başından səhv bildiyimiz bir düşüncə var ki, təhsilində müvəfəqiyyətli olan şəxs gələcək həyatında da uğurlu olacaq və ya təlim və tədbirlərdə fəal iştirak edən və daha çox sertifikat sahibi olan şəxs gələcək həyatında uğurlu karyera sahibi olacaq.
Yanılırsız! Bəli yanılırsız. Bu o demək deyil ki, tanıdığınız savadlı şəxs karyerasında uğur qazanıbsa bunu ümümi səciyyə kimi bütün şəxslərə şamil etmək olar. Olmaz! Çünki sizin bilmədiyiniz başqa bir xüsusiyyət və ya bacarıq sayəsində həmin şəxs uğurlu karyera sahibi olmuşdur. Gəlin unudaq. Qəlibləşmiş kriteriyalara son qoyaq.
Karyera sözü fransız dilindəki carrière sözündən götürülüb və mənası iş həyatında hansısa bir mövqeyə gəlib çatmaq deməkdir.
Karyeranı bir ölkə kimi fikirləşin. Tutalım ki, Koreya. Bildiyimiz kimi Koreya iki yerə ayrılmış iki fərqli ölkədən ibarətdir: Şimali və Cənubi Koreya. Karyeranı da iki yerə bölək:Şimali və Cənubi
Əgər yalnızca təhsilinizə güvənsəniz çox yanıldığınızı iş zamanı qarşılaşdığınız çətinliklər zamanı anlayacaqsınız. Təcrübədə tətbiq etmədiyiniz bilik sizin üçün hər zaman təhlükə törədəcək. Təsəvvür edin ki, həkim olmusunuz amma indiyə qədər heç bir cəsəd üzərində təcrübəniz yoxdur. İlk dəfədən xəstəylə qarşılaşsanız özünüzü itirəcəksiniz.
Artıq iş sahibisinizsə və daha çox işləyərək daha çox uğur əldə edəcəyinizi hesab edirsiz? Bunu da unudun. Çox düşünən hər zaman qalibdir. Çox işləsəniz tez bir zamanda həm yorulacaq həm də bezəcəksiz. Unutmayın ki, iş həyatı sizin ən azı yaşamınızın 20-30 ilini təşkil edir. Sonsuza qədər bədbəxt olmaq dözülməzdir. Hər zaman çalışın ki, işinizi planlı şəkildə qurub daha rahat yolla həll yolu tapasınız. Bu zaman daha da həvəslənəcəksiniz.
İş həyatında heç vaxt tərif olunacağınızı düşünməyin. Hər zaman işə vaxtında gəlməklə və işinizdə dəqiq olmaqla rəhbərin rəğbətini qazana bilərsiniz, amma çalışın iş yoldaşlarınızın rəğbətini qazanasınız. Çünki onlar sizinlə uzun müddət bir yerdə olurlar. Ünsiyyət əsas amildir. Dost və düşmən olmağa hər zaman real namizədlər var.
İş həyatınızı qurmusuzsa tez bir zamanda onun sonunu düşünməyin. Təqaüd planlarını 25 yaşında düşünən bir şəxs öləcəyi günü gözləyən bir yaşlı şəxsə işarədir.
Və öncə də qeyd etdiyim kimi karyera bir ölkədir.Ölkəni necə quracağınız sizdən asılıdır.Çalışın ki, qurduğunuz karyera “Şimali Karyera” olmasın.