Banklar səhm emissiyasını davam etdirir.
Belə ki, yanvar ayının 19-da Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Kredit Bankının səhmlərinin növbəti emissiyası AZ1002005887 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Bu barədə Banco.az portalına QKDK-dan daxil olan məlumatda bildirilib.
Həmçinin yanvar ayında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Evrobank” ASC -nin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınmışdır.
Emissiyanın parametrləri aşağıdakı kimidir:
Hər iki Bank Mərkəzi Bankın məcmu kapital tələbi ilə bağlı normasını yerinə yetirməyə çalışırlar.
“Evrobank” ASC |
Parametrlər |
Azərbaycan Kredit Bankı |
Parametrlər |
Dövlət qeydiyyat nömrəsi |
AZ1002005853 |
Dövlət qeydiyyat nömrəsi |
AZ1002005887 |
Emissiyanın həcmi |
39 000 000 AZN |
Emissiyanın həcmi |
38 752 000 AZN |
Qiymətli kağızın miqdarı |
78 000 ədəd |
Qiymətli kağızın miqdarı |
173 000 ədəd |
Nominal dəyəri |
500 AZN |
Nominal dəyəri |
224 AZN |
Anderrayter |
« Çelsi Kapital » MMC |
Anderrayter |
«Texnika Kapital Menecment» MMC |