"Bank of Baku" hüquqşunas vakansiyası elan edir | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Bank of Baku" hüquqşunas vakansiyası elan edir

Əsas vəzifə və öhdəliklər: 

  • Şöbənin səlahiyyətlərinə aid olan məsələlər üzrə hüquqi sorğuların araşdırılması və cavablandırılması 
  • Kredit və təminat sənədlərinin ekspertizası üzrə hüquqi rəyin (təkrar və əlavə hüquqi rəylər daxil olmaqla) verilməsi 
  • Şöbənin səlahiyyətinə aid olan standart tipli sənədlərin hazırlanması 
  • Bankın fəaliyyəti üçün lazım olan icazə və lisenziyaların alınması 
  • Müvafiq dövlət orqanlarında təsdiqetmə və qeydiyyata alınma ilə əlaqədar Bankın aidiyyəti dövlət orqanları qarşısında təmsilçiliyinin həyata keçirilməsi

Namizədə tələblər 

  • Ali hüquqi təhsil 
  • Sahə üzrə 1 ilədək iş təcrübəsi 
  • Azərbaycan dilini əla bilmək (Rus dilini bilənlərə üstünlük verilir) 
  • Məsuliyyətli və dəqiq 
  • Yüksək ünsiyyətqurma bacarığı 
  • Öyrənməyə həvəsli 
  • MS Office proqramları ilə işləmə bacarığı

Əlaqədar şəxs: Elçin Nəsibov

Telefon: (012) 447-00-55

E-mail: [email protected]

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz:  http://banco.az/az/jobs