Bankın Nəsimi filialı açıldı! | Banco.az

Bankın Nəsimi filialı açıldı!

“DəmirBank” Nəsimi filialının yeni interyer dizaynda təmir olunmuş ofisinin rəsmi açılış mərasimini keçirib.

Bakı şəhəri, S.Rüstəm küçəsi 55 ünvanında yerləşən Nəsimi filialı fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir. Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ istehlak və biznes kreditləri, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər təklif edir.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda “DəmirBank”ın 33 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 20-si isə Gəncə, Sumqayıt, Xırdalan, Şəki, Zaqatala, Yevlax, Bərdə, Beyləqan, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.