200 il əvvəl istehsal olunan qəpik indi 2.6 milyon dollar satıldı. ABŞ-ın Kaliforniya ştatında son illərin ən maraqlı hərraclarından biri keçirilib. 1792-ci ildə istehsal olunmuş qəpiyi satışa çıxaran kolleksiyaçılar bu dəmir parçasını xəzinə qiymətinə satmağa müvəffəq olub.
Məsələ burasındadır ki, 18-ci əsrin sonlarında dövriyyəyə buraxılmış bu pul vahidindən yer üzündə indi cəmi 10 ədəd qalıb. Həmin 10 fərqli qəpikdən ən yaxşı vəziyyətdə olanı isə Börç Senti adı verilən bu qəpikdir. Demək olar ki, bu qəpiyin analoqu yoxdur.
2.6 milyon dollara satılan nadir qəpiklə yanaşı, Liberti hərracında onlarla tarixi əşya alıcılara təqdim olunub. 2.6 milyon dollarlıq qəpiklə birgə, ondan 1 il sonra istehsal olunmuş daha bir metal pul 2.3 milyon dollara satılıb.
atvxeber.com