Bəs, benzinin dünya ölkələrində qiyməti necədir? | Banco.az

Bəs, benzinin dünya ölkələrində qiyməti necədir?

Bu gün benzinin bütün dünya üzrə qiyməti orta hesabla bir litri 1,1 ABŞ dollarınadır. Buna baxmayaraq, müxtəlif ölkələrdə benzinin qiyməti arasında kəskin fərqlər vardır. Bir qayda olaraq, zəngin ölkələrdə qiymət daha yüksəkdir, neft hasil və ixrac edən, o cümlədən kasıb ölkələrdə benzinin qiyməti daha aşağıdır. Yaxşı istisnalardan biri isə ABŞ-dır, yüksək iqtisadi inkişaf göstəricilərinə baxmayaraq, benzinin qiyməti elə də bahalı deyil.  Benzinin müxtəlif ölkələrdə qiymətinin fərqli olması həm də benzinlə bağlı vergi və digər tariflərdən asılıdır.

Bütün ölkələrin beynəlxalq bazarlarda benzini eyni bir qiymətdən almağa çıxışı vardır, lakin sonrada dövriyyəyə vergilər daxil olur. Nəticədə benzinin pərakəndə satış qiyməti fərqli alınır. Bəzi hallarda, misal üçün Venesuela, hökumət hətta benzini subsidiyalaşdırır və nəticədə insanlar orada öz avtomobillərini idarə etmək üçün çox cüzi bir məbləğ ödəməli olur.

Ən sərfəli kredit üçün müraciət et

 

Ən sərfəli krediti almaq üçün müraciət et