Qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcmi artıb | Banco.az

Qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcmi artıb

2014-cü ildə Azərbaycanda qiymətli kağızlarla aparılan əməliyyatların həcmi 8 mlrd. 894 mln. 88,750 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1% çoxdur. Bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, 2014-cü ildə Azərbaycanda korporativ qiymətli kağızlarla əməliyyatların həcmi 2,7 dəfə - 4 mlrd. 737 mln. 505,901 min manata qədər artıb.

Xüsusilə səhmlərlə əməliyyatların həcmi 1 mlrd. 279 mln. 438,125 min manat (artım 2,2 dəfə), o cümlədən ilkin bazarda 1 mlrd. 137 mln. 879,086 min manat (artım 2,7 dəfə), təkrar bazarda isə 141 mln. 559,038 min manat (azalma 5%) təşkil edib.

Hesabat ilində korporativ istiqrazlarla əməliyyatların həcmi 3 dəfə - 3 mlrd. 458 mln. 67,777 min manata qədər artıb, o cümlədən ilkin bazarda manatda nominallaşdırılmış istiqrazlarla əməliyyatların həcmi 191 mln. 276,914 min manat (azalma 31 %), ilkin bazarda ABŞ dollarında nominallaşdırılmış istiqrazlarla 1 mlrd. 983 mln. 527,938 min manat (artım 30 dəfə), təkrar bazarda manatda nominallaşdırılmış istiqrazlarla 1 mlrd. 278 mln. 548,734 min manat (artım 56%), təkrar bazarda ABŞ dollarında nominallaşdırılmış istiqrazlarla 4 mln. 714,190 min manat (2013-cü ildə bu cür əqdlər həyata keçirilməyib) təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Komitənin məlumatına görə, 2014-cü ildə dövlət qiymətli kağızları ilə əməliyyatların həcmi 41% - 4 mlrd. 156 mln. 582,849 min manata qədər azalıb.

Xüsusilə, hesabat dövründə Maliyyə Nazirlyinin istiqrazları ilə əməliyyatların həcmi 107 mln. 908,649 min manat (azalma 20%) təşkil edib, Mərkəzi Bankın notları ilə əməliyyatların həcmi 48% - 507 mln. 865,060 min manata qədər artıb, repo əməliyyatları 46% - 3 mlrd. 540 mln. 809,14 min manata qədər azalıb.

Xəbər verildiyi kimi, 2013-cü ildə Azərbaycanda qiymətli kağızlarla əməliyyatların həcmi 2012-ci illə müqayisədə 6% - 8 mlrd. 824 mln. 389,427 min manata qədər azalıb.

interfax.az

Ən sərfəli krediti almaq üçün müraciət et