Qarlı hava sığortaçıları xərcə saldı | Banco.az

Qarlı hava sığortaçıları xərcə saldı

Azərbaycanda havanın qarlı-buzlu keçməsi ilə əlaqədar sığorta hadisələrinin sayı artıb. Bunu Trend-ə "AXA MBASK" şirkətinin Sığorta halları şöbəsinin müdiri Paşa Sultanov deyib.

Onun sözlərinə görə, son iki gündə şirkətə müraciətlərin sayı təqribən 3 dəfə artıb: "Təxminən 40-45 müraciət daxil olub ki, bu da normadan yüksəkdir. Adi günlərdə 10-15 müraciət olur. Müraciətlərin çoxu yol-nəqliyyat hadisələri ilə bağlıdır".

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda, son günlər qeydə alınan şaxtalı hava şəraiti ödənişlərə görə digər şirkətlərə edilən müraciətlərin sayına təsir etməyib.

Şirkətlərin birindən Trend-ə bildiriblər ki, müraciətlərdə xeyli artım və fəallığın yüksəlməsi müşahidə edilmir: "Ola bilsin, bu, sürücülərin zədələnmiş avtomobillər barədə dərhal məlumat verməməsi ilə bağlıdır. Yaxud onlar ictimai nəqliyyatdan istifadə etməyə üstünlük verirlər".

Ən sərfəli krediti almaq üçün müraciət et