Bu haqda məlumat “The Economist” jurnalında yayılıb.
Jurnalın araşdırmasına görə, yaxın 20 il ərzində əmlakçılar, mühasiblər və digər peşə sahibləri işsiz qalma təhlükəsi ilə üzləşəcəklər.
Dünyanın məşhur iqtisadçısı Nouriel Roubini üçüncü dünya sənaye inqilabı ilə əlaqədar bəzi iddialar irəli sürüb. O, telefon vasitəsilə satış işi ilə məşğul olanların, mağaza işçilərinin və əmlak şirkətlərində çalışanların öz işlərini itirəcəklərini düşünür.
Yaradıcı işlə məşğul olanlar, tibb sahəsində işləyənlər, stomatoloqlar, kimya mühəndisləri, atlet müəllimləri isə işsizlik böhranından ən az əziyyət çəkənlərdən olacaqlar.