Vergi ödənişində hansı yenilik gözlənilir? | Banco.az

Vergi ödənişində hansı yenilik gözlənilir?

Vergilər Nazirliyinin təmsilçilərinin Çinə səfəri zamanı aktual mövzulardan biri də vergi ödəyicilərinə xidmətlərin keyfiyyətinin yüksəldilməsi sahəsində tətbiq olunan innovasiyalarla bağlı olub. Nazirlikdən verilən məlumata görə, Çinin bir sıra qabaqcıl vergi administrasiyalarında tətbiq olunan "Özünəxidmət vergi terminalları" vergi ödəyicilərinin vaxtına qənaət və səmərəliliyin artırılması baxımından xüsusi rol oynamaqdadır. "Vergi bankomatları" deyilən bu qurğular, əsasən, vergi orqanlarının xidmət mərkəzlərində, ticarət və biznes mərkəzlərində, o cümlədən insanların sıx olduğu yerlərdə yerləşdirilir və demək olar ki, xidmət mərkəzlərinin təklif etdiyi bütün xidmətləri təqdim edir. Terminal Çin Xalq Respublikasında istehsal olunub. Yoxlanılan səmərəlilik nəticəsində həmin terminallar beynəlxalq bazarlarda da özünə yol açmağa başlayıb. «İnspur» markalı terminallar Rumıniya, Macarıstan, Səudiyyə Ərəbistanı və s. kimi ölkələrin vergi  orqanlarında uğurla istifadə olunmaqdadır.

Ən sərfəli kredit üçün müraciət et

Vergi ödəyiciləri vergi bankomatları vasitəsilə müstəqil şəkildə vergi bəyannamələrinin, vergi hesabatlarının təqdim olunmasını, vergi bəyannamələrinə düzəlişlərin edilməsini, vergilərin, sanksiyaların nağd pulla yanaşı plastik kartlarla (VISA, Master­Card, Maestro) ödənilməsini, vergi qanunvericiliyi və digər məlumatların əldə olunmasını həyata keçirə bilərlər.

Azərbaycanda da bu sistemin istifadəyə verilməsi mümkündür.

lent.az