Hansı bank ATM və POS-terminal şəbəkəsini genişləndirib? | Banco.az

Hansı bank ATM və POS-terminal şəbəkəsini genişləndirib?

Azərbaycan Beynəlxalq Bankı (ABB) mətbuat xidmətinin rəhbəri Rauf Ağayevin verdiyi məlumata görə, 2014-cü ildə bank tərəfindən ölkənin 65 yaşayış məntəqəsində yeni bankomatlar quraşdırılıb, bu da ölkə bankları tərəfindən keçən il ərzində quraşdırılan ATM-lərin ümumi sayının 40%-ni təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda ABB-nin bankomatlarının sayı 755 ədəddir.

Məlumatda qeyd olunur ki, ötən il ərzində bankın POS-terminal şəbəkəsi 2,2 dəfə artaraq, 11007-yə çatdırılıb.