2014-cü il dekabrın 1-nə banklar və bank olmayan kredit təşkilatları tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 18 mlrd. 151,9 mln. manat təşkil edib ki, bu da həmin ilin əvvəlinə olan göstəricidən 17,7% çoxdur. Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2014-cü il dekabrın əvvəlinə vaxtı keçmiş kredit qoyuluşlarının həcmi 981,5 mln. manat (artım 23,8%) və ya bütün kreditlərin 5,4%-ni təşkil edir.
Dekabrın 1-nə dövlət payına malik olan bank tərəfindən 6 mlrd. 137,9 mln. manat (artım 15,8%) və ya bütün kreditlərin 38,8%-i, özəl banklar tərəfindən 11 mlrd. 488,9 mln. manat (artım 18,6%) və ya bütün kreditlərin 63,3%-i həcmində kredit verilib. Qalan məbləğ bank olmayan kredit təşkilatlarının payına düşür.
Dekabrın əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 13 mlrd. 392 mln. manat (artım 20,9%) milli valyuta, 4 mlrd. 759,9 mln. manat (artım 9,5%) xarici valyuta ilə verilib.
2014-cü il dekabr ayının 1-nə olan vəziyyətə görə, bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 592,1 mln. manat (bütün kreditlərin 14,3%-i) ticarət və xidmət sahələrinin, 216,4 mln. manat (1,2%) energetika, kimya və təbii ehtiyatlar sektorunun, 837,1 mln. manat (4,6%) kənd təsərrüfatı və emal sahələrinin, 2 mlrd. 513,6 mln. manat (13,8%) tikinti və daşınmaz əmlak sahələrinin, 2 mlrd. 66,7 mln. manat (11,4%) sənaye və istehsal sektorunun, 562,8 mln. manat (3,1%) nəqliyyat və rabitə sahələrinin, 7 mlrd. 528,1 mln. manat (41,5%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb.
interfax.az