Avro son doqquz ildə ən aşağı məzənnəsinə düşdü | Banco.az

Avro son doqquz ildə ən aşağı məzənnəsinə düşdü

Hazırda bir avro - 1, 18605 dollardır, bu isə 2006-ciı ilin martından bu yana ən aşağı qiymətdir. Almaniyanın gündəlik maliyyə qəzeti Handelsblatt-a müsahibəsində Avropa Mərkəzi Bankının prezidenti Mario Draghi deyib ki, hazırda bankın qiymət sabitliyini cilovalamaq qüdrəti 6 ay bundan əvvəl olduğundan xeyli azdır.

Ekspertlər bildirirlər ki, hətta qlobal iqtisadiyyatda bir qədər ümidli görünən ABŞ-da da sənaye artımı dekabr ayı üçün yavaşıyıb. Bununla əlaqədar olaraq dünya birjalarında səhm qiymətləri aşağı olaraq qalır.

Ən sərfəli kredit üçün müraciət et

Xam neftin də qiyməti bazar ertəsinin erkən ticarəti zamanı bir barrel üçün 55, 48 dollara enib. Avro ilə birlikdə Kanada və Avstraliya valyutalarının da bir qədər ucuzlaşdığı müşahidə edilir.

ABŞ dolları isə, əksinə İsveçrə frankı və Britaniya sterlinqi ilə müqayisədə çəkisini artırıb. Britaniya valyutası 2013-cü ilin ortalarındakı aşağı həddinə enib və indi bir funt sterlinq 1, 5185 dollardır.

xezerxeber.com

Ən sərfəli krediti almaq üçün müraciət et