VAKANSİYA – Hüquq şöbəsinin müdiri | Banco.az

VAKANSİYA – Hüquq şöbəsinin müdiri

“TCF” Bank olmayan kredit təşkilatı ASC Hüquq şöbəsinin müdiri vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəliklər:

Şöbənin fəaliyyətinin təşkil edilməsi və ona rəhbərlik edilməsi;

Təşkilatın bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunun təmin edilməsi;

Mülki, maliyyə, vergi, əmək və başqa sahələr üzrə qanunvericiliyin təhlili və tətbiqinə nəzarətin həyata keçirilməsi;

Müvafiq əsasnamə, qayda, təlimat, əmr, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlanması;

Hüquqi məsələlər üzrə dövlət orqanları ilə qarşılıqlı münasibətlərin təşkil olunması, müvafiq müraciətlərə hüquqi rəyin verilməsi;

Yaranan mübahisələrin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına dair tədbirlərin görülməsi üçün təkliflərin verilməsi;

Məhkəmə və icraat işlərinin hüquqi təminatına nəzarətin həyata keçirilməsi;

Məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsinə nəzarətin həyata keçirilməsi;

Şöbənin fəaliyyəti ilə bağlı daxili qaydalarının hazırlanması;

Tələb olunan keyfiyyətlər:

Ən sərfəli kredit üçün müraciət et

Ali hüquq təhsil;

Hüquq sahəsində 5 ildən yuxarı iş təcrübəsi, o cümlədən 2 ildən yuxarı idarəetmə təcrübəsi;

Hüquqi aspektlərlə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı;

Azərbaycan dilini mükəmməl bilmək;

Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;

Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Hüquq şöbəsinin müdiri) qeyd etməklə göndərmələri xahiş olunur.

CV-lər həmçinin aşağıda göstərilən ünvana təqdim edilə bilər:

Baş İdarə

Ünvan: Bakı şəh., Binəqədi Rayonu, Ə. Naxçıvani, ev 3066-cı məhəllə

Faks: (99412) 563 23 27

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz:  http://banco.az/az/jobs

Ən sərfəli krediti almaq üçün müraciət et