"Bank VTB (Azərbaycan)” yeni filiallar açmaq niyyətindədir | Banco.az

"Bank VTB (Azərbaycan)” yeni filiallar açmaq niyyətindədir

"Bank VTB (Azərbaycan)” 2015-ci ili kiçik və orta biznesə dəstək ili elan edib.

Bankın İdarə Heyətinin üzvü Tural Vəliyev bildirib.

Onun sözlərinə görə, bank gələn il regionlarda yeni filiallar açmaq niyyətindədir: “Bank gələn ay Gəncədə, yaxın gələcəkdə isə Quba və Salyanda filial açmaq niyyətindədir. Məqsəd regionlarda sahibkarların biznesinin inkişafına kömək etmək və həmin sahibkarların Rusiya bazarına çıxmasına dəstək verməkdir”.

apa.az