Rəqabətin və işsizliyin artdığı, iş tapmanın həqiqətən çətinləşdiyi şəraitdə namizədlər işəgötürənin diqqətini çəkəbilmək və özünü izdihamdan çıxartmaq üçün çox böyük risk alıb CV-lərində yalan yazırlar. Xüsusilə, bunu internetin həyatımıza bu qədər girdiyi, bir insanın telefonuna, adresinə qədər asanlıqla tapa biləcəyi bir mühitdə edirlər.
Halbuki, bu yalanların müsahibə zamanı yaxud işlədiyiniz müddətdə qarşınıza çıxa biləcəyini unudursunuz. Qısa müddətdə işə yerləşmə istəyiniz uzun müddətdə alacağınız riskin önünə keçir. “Hələ işə girim” deyə düşünərək bitirmədiyiniz universiteti bitirmiş kimi, etmədiyiniz işi etmiş kimi göstərirsiniz. Sonra ortaya çıxan bu vəziyyət bizi iş həyatında çətin vəziyyət qarşısında qoyur.
Bəs CV-ni hazırlayarkən ən çox harda yalan söyləmə ehtiyacı duyulur? İnsanların CV hazırlayarkən ən çox yalan söylədiyi 5 məqam:
1. Təhsil:
Bu mövzu CV-lərdə demək olar ki, ən çox manipulyasiya edilən məqamlardan biridir. Bəziləri universiteti bitirmədən “məzun” deyə yazır, bəziləri təxirə saldığı və çox güman daha heç davam etməyəcəyi magistr təhsilini “bitirdi” olaraq göstərir. Qapısının önündə keçmədiyi universitetlərdən məzun olduğunu yazanlar belə var. Qiymət ortalaması isə çox vaxt həqiqət ilə ayaqlaşmır. Mütləq müəyyən qədər artırılır, “çox pis tələbə deyildim əslində!” imici yaradır.
2. İşləmə müddətləri:
İnsan Resurslarının “bu şirkətdə niyə bu qədər az işlədiniz?” sualından qorxan namizəd çox vaxt işləmə müddətini dəyişdirir. Bunu dəyişdirərkən də əslində işsiz olduğu və iş axtardığı zamanları da buna əlavə edir. Bir işdə 6 ay çalışıb, 6 ay iş axtaran namizəd müəyyən bir müddət sonra əvvəlki iş təcrübəsini 1 il yaza bilir. Halbuki işsiz olmağınız, iş axtarmağınız sizin qabiliyyətsiz və müvəffəqiyyətsiz olduğunuzu qətiyyən göstərməz. Müsahibəyə getdiyinizdə o işsiz keçirdiyiniz 6 ayı necə intizamlı və məhsuldar keçirdiyinizi söyləməniz çox vaxt sizin üçün daha faydalı ola bilər. (Təbii ki, bunu insan resurlarına deməmişdən əvvəl bu müddəti həqiqətən intizamlı və məhsuldar keçirməyiniz lazımdır.)
3. Ünvanlar:
Linkedin profilləriylə əlaqədar ən böyük tənqidlərdən biri budur. Satış Təmsilçisi özünü Aparıcı Satış Mütəxəssisi, Məlumat Giriş Köməkçisi özünü Baş Analist olaraq tanıdır. CV-lərdə də tez-tez bunun şahidi oluruq. Namizədlər, ümumiyyətlə, bu cür vəzifə adlarını şişirdərək, hətta həqiqətə uyğun olmayan vəzifələr yazır. Ancaq bu ilk müsahibədə insan resurlarının və ya müəssisə rəhbərinin suallarıyla ortaya çıxar. Həqiqi olmayan bir iddianın müsahibədə hiss edilməsi sizin seçilməməyinizə səbəb olar.
4. Maaş:
Bu bəlkə CV-də yazılmır amma müsahibədə çox vaxt soruşulur. Daha yüksək maaş təklifi almaq ümidiylə günlük maaşınızı artırdıqca artırırsınız. Bunun iki nəticəsi ola bilər. Birincisi, şişirtmənin sərhəddini aşanda maaş gözləntinizin yüksəkliyi qarşı tərəfin təklifini geri çəkməyə gətirib çıxarır, ikincisi və ən vacibi, yalan söyləyərək riskə girirsiniz. Hər ikisi məntiqli yol deyil. Az maaş almaya və ya maaşnızdan xoşbəxt olmaya bilərsiniz. Həmin an “keçmiş maaşımı söyləmək istəmirəm” demək və görüşdüyünüz vəzifə üçün gözləndiyiniz maaşı söyləmək kifayətdir.
5. İş haqqında:
Çoxunuz etdiyiniz işi şişirtdikcə şişirdir, özünüzü tam bir joker işçi kimi göstərirsiniz. “Bütün məsuliyyətlər mənə məxsus idi.” deməklə sizə əlavə rəğbət göstəriləcəyini zənn edirsiniz. Məsuliyyətinizi, komandanızdakı işçilərin sayını, gördüyünüz işləri həmişə dəfələrlə artıraraq bəhs edirsiniz. Halbuki, insan resursları kiçik araşdırmayla, əslində, həqiqətdə nə iş gördüyünüzü öyrənə bilər. Hətta sektorun içindədirsə buna bir telefon belə kifayət edər. Ona görə də, hər şeyi olduğu kimi danışın.
İşin xülasəsi, CV-də yalan söyləmək ilk başda sizə cazib və risksiz kimi gəlsə də, gələcəkdə əldə etdiyiniz bütün hörmət və vəzifənizi zədələyəcək qədər böyük risklər yarada bilər. Əlavə olaraq, haqsız şəkildə əldə etdiyiniz gəlir və hörmətin vicdanınıza yaşatdığı sıxıntıları da əlavə etmək olar. Ən yaxşısı hər şeyi olduğu kimi danışın və müsahibədə fərqlənməyə çalışın.