Hansı bankların səhmdarları şirkətlərdir? | Banco.az

Hansı bankların səhmdarları şirkətlərdir?

Bundan əvvəl yazılan məqalədə fiziki şəxslərin səhmdar olduğu bankları nəzərdən keçirmişdik. Bununla yanaşı, Azərbaycanda hüquqi şəxslərin, yəni bir sıra şirkətlərin səhmdarı olduqları bankların sayı da kifayət qədərdir.

Bir sıra bankların səhmlərinin hamısı bir şirkətə məxsus olsa, əksər banklarda səhmlər bir neçə şirkət arasında bölüşdürülmüşdür. Biz isə diqqətinizə səhmlərinin 50%-dən yuxarısı hüquqi şəxslərə aid olan bankları gətiririk.

Belə ki, NBC Bank`ın səhmlərinin 100%-i Nurgün Holdinq`ə, Bank Standard`ın səhmlərinin 100%-i isə AB Standard QSC-ə məxsusdur.

Azərbaycan Sənaye Bankı, Xalq Bank, Yapı Kredi Bank Azərbaycan, AccessBank, Nikoil Bank, Bank Avrasiya və Expressbank`ın isə bir neçə səhmdarı olmaqla, səhmləri onlar arasında müxtəlif nisbətdə bölüşdürülmüşdür.

Ən sərfəli kredit üçün müraciət et

VTB Bank Azərbaycan`ın səhmlərinin 99.99%-i, AFB Bank`ın səhmlərinin 99.64%-i, Paşa Bank`ın səhmlərinin 90%-i, Bank of Baku`nun səhmlərinin 78.89%, Bank Technique səhmlərinin 78.44% və AtaBank`ın səhmlərinin isə 76%-i hüquqi şəxslərə, yerdə qalanları isə fiziki şəxslərə məxsusdur.

Bununla yanaşı, bir sıra bankların səhmdarları eynidir, yəni bir şirkət bir neçə bankın səhmdarı qismində çıxış edir. Siz fiziki şəxslərin səhmdar olduqlar banklar haqqında Fiziki şəxslərə məxsus banklar məqalədən məlumat ala bilərsiniz