İş stresinin insan həyatına təsirləri | Banco.az

İş stresinin insan həyatına təsirləri

Hər ilin noyabr ayının 5-də xaricdə "Stres Maarifləndirmə Günü" kimi qed olunur. Ölkəmizdə hələ təsiri çox nəzərə çarpmasa da işçilərin böyük hissəsi cddi stres sıxıntısı yaşayır. Stres qaynaqlarımızın ən önəmlisi də iş həyatıdır. Ofis mühiti, etdiyiniz işi sevməməyiniz, rəhbərlə yola getməməyiniz, aldığınız maaşın azlığı kimi onlarla faktor iş həyatındakı stresin yaxınlaşmağından xəbər verir. Çox vaxt əhəmiyyət vermədiyimiz streslər uzun müddətdə sağlığımıza ziyan vuracaq qədər önəmli bir mövzuya çevrlirlər.  İnsanların çoxu dolanışıq dərdindən, iş dəyişdirmə qorxusundan və ya özünə olan inamsızlığından bir işdə xoşbəxt olmasa da işləməyə davam edir. Stresi unutmağa çalışır. Ancaq bu çıxış yolu deyil. Əgər bir iş sizdə ciddi stres yaradırsa mütləq bir tədbir görməlisiniz. Sağlamlığınızdan vacib nə ola bilər? Bu məsələni başa düşmək üçün aşağıda iş həyatında stres ilə bağlı əsas statistikaı nəzərinizə çatdırırıq.

1. İşçilərin 56 faizi işlərinin “dözəbiləcək stres səviyyəsindən” daha çox stres yaratdığını söyləyir.

2. İşçilərin 38 faizi iş stersini borc stresindən, 29 faizi sağlamlıq problemlərinin yaratdığı stresdən, 20 faizi evliliyində yaşadığı çətinliklərin yaratdığı stresdən daha zərərli hesab edir.

3. Axşam iş vaxtı bitəndən sonra stresdən qurtulmağa çalışanların sayı 79 faizi təşkil edir.

4. Hər 5 işçidən 1-i həyatındakı stres səbəbindən evlilik ildönümü, uşağının doğum günü və ya həyat yoldaşının doğum günü kimi əhəmiyyətli tarixləri unudur.

Ən sərfəli kredit üçün müraciət et

5. Hər 2  işçidən 1-i iş həyatındakı stresin yuxu normasına təsir etdiyindən danışır.

6. İş həyatındakı stresin yemək vərdişlərinə təsir etdiyini söyləyən işçilərin sayı 22 faiz olduğu halda, işçilərin 24 faizi bu stresin sağlamlıqlarına da təsir etdiyini etiraf edirlər.

7. İşçilərin ən vacib stres mənbəyi həddən artıq iş yüküdür. Hər iki işçidən 1-i stresin əsas mənbəyinin hədsiz iş yükü olduğunu deyir.

8. Stresin digər qaynaqları 54 faizi rəhbər, 47 faizi yardım edilməmək, 24 faizi işi itirmə qorxusu, 45 faiz ilə reallıqdan uzaq hədəflərdir.

9. Stresin göstərdiyi təsirlər nəticəsində hər 5 insandan 1-i siqarət çəkməyə başlamış, demək olar ki, yarısı işdən sonra stresini unutmaq üçün alkoqollu içki içir, hətta işçilərin 12 faizi stresini unutmaqçün iş vaxtı belə içir.

10. Araşdırmalara qoşulan işçilərin 30 faizi streslə bağlı çətinliklərini ondan yüksək rəhbərlər danışa bilmədiklərini bildirirlər.

11. İşçilər streslə əlaqədar icazə alsalar da şirkətlərinə bunun əsas səbəbini bildirmirlər. “Stres”ə görə icazə alanlar ümumi icazə alanlara nisbəti sadəcə 5 faizdir. Yəni hər 20 nəfərdən 19-u həqiqətdə stres səbəbindən icazə istəsə də, rəhbərinə başqa bir səbəb uydurmaq məcburiyyətində qalır.