Sığortaçıların ödənişləri 29,9% artıb | Banco.az

Sığortaçıların ödənişləri 29,9% artıb

2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda sığortaçıların sığorta haqları 382,8 mln. manat təşkil edib, bu isə 2013-cü ilin 11 ayının göstəricisindən 3,8% çoxdur. Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbəri Orxan Bayramov çərşənbə axşamı mətbuat konfransında məlumat verib.

“2014-cü ilin yanvar-noyabr aylarında sığortaçıların ödənişləri 29,9% artaraq 143,5 mln. manat təşkil edib”, - deyə O.Bayramov qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, cari ilin 11 ayı ərzində sığortaçılar sığorta haqlarının hər 100 manatı üçün 37,5 manat məbləğində ödəniş həyata keçiriblər, 2013-cü ilin müvafiq dövründə isə bu göstərici 30 manat təşkil edib.

interfax.az