Müəllif: Rəşad Camalov, PwC
Qarşısı alınmış bütün itkilər, gəlirin bir formasıdır
Həsən Quliyev
Hər bir şirkətin sistemli şəkildə uğur qazanması və gündəlik əməliyyatların düzgün və səmərəli aparılması üçün, daxili nəzarət sistemlərinin formalaşması mütləq və qaçılmazdır. Daxili nəzarət dedikdə, müəssisənin imkanlarının səmərəli istifadəsi və qarşısında olan hədəflərə çatması üçün istifadə olunan nəzarət üsullar nəzərdə tutulur. Düzgün qurulmuş nəzarət sistemi, şirkətdə baş verə biləcək oğurluq və dələduzluq hadisələrinin azaltmağa xidmət edir. Təbii ki, müxtəlif sənayelər fərqli və fərdi yanaşma tələb edir, lakin ümumi olaraq, iki növ nəzarət sistemi mövcuddur:
İlkin olaraq, baş verə biləcək səhvlərin qarşısını almaq üçün istifadə olunan nəzarət üsullarına üstünlük verilməlidir. Bu zaman, baş verə biləcək pozuntuların, baş vermədən əvvəl qarşısının alınması nəzərdə tutulur. Aşağıda qeyd olunan üsullar buna nümunə ola bilər:
- Vəzifələrin bölgüsü – Bu zaman, vəzifələr, şirkətin fərqli əməkdaşları arasında elə bölünür ki, bir proses bir neçə əməkdaşın nəzarətindən keçir. Vəzifə bölgüsünə nümunə kimi, aşağıdakıları qeyd etmək olar,
- Hər hansı bir malı sifariş edən və bu sifarişi təsdiq edən işçi eyni şəxs olmur,
- Sifarişi təsdiq edən və aylıq üzləşmə aktlarını tərtib edən işçi eyni şəxs olmur,
- Sifarişləri fiziki olaraq qəbul edən şəxs, sifarişi verən şəxs eyni olmur və s.
Bu şərtlər daxilində, prosesin bir neçə işçi tərəfindən yoxlanılması nəticəsində, oğurluq və ya səhvin olması ehtimalı da azalır.
- Təsdiq, icazə hüququ və nəzarət – Bu proses zamanı, işçilərə müəyyən əməliyyatların icrası üçün yazılı olaraq məhdud səlahiyyətlər verilir. Bu zaman, səlahiyyətlərindən qırağına çıxan şəxslər asanlıqsa aşkarlanaraq, qarşısı alınır. Buna nümunə kimi, aşağıdakıları qeyd etmək olar,
- Struktur rəhbərləri, əvvəlcədən müəyyən olunmuş nominal manat dəyərindən artıq xərclər üçün, rəhbərliyin yazılı təsdiqini əldə etməlidir. Xərclərə nəzarət olduğundan, lazımsız xərclərin azalmasına da imkan yaranır və oğurluğa cəhd məhdudlaşır.
- Fiziki cəhətdən aktivlərin qorunması – Avadanlıq, inventar, pul və digər dəyərli aktivlərin tutulduğu yerlərə olan girişin məhdudlaşdirilması. Buna nümunə kimi, aşağıdakıları qeyd etmək olar,
- Pul vəsaitlərinin bağlı kassada saxlanması,
- İnventar otağına olan qapının kilidlənməsi və s.
Əgər hadisə baş verərsə, baş vermiş hadisəni aşkarlamaq üçün olan nəzarət sistemləri də hazırlanmalıdır. Bunu səbəbi, gələcəkdə ola biləcək təkrar səhvlərin qarşısını almaq və günahkar şəxsləri cəzalandırmaqdır. Aşağıda qeyd olunan üsullar buna nümunə ola bilər:
- Təhlillərin aparması – Bu zaman, rəhbərlik, carı məlumatlarla büdcəni və əvvəlki dövrləri müqayisə edir, gözləntilərdən qırağa çıxan rəqəmləri araşdıraraq nə dərəcədə realistik olmasına qərar verir. Məsələn, nəqliyyat xərcləri nəzərdə tutulduğundan artıq olduğu müəyyən olarsa, bu yeyintinin əlaməti ola bilər.
- Üzləşmə aktları – Fərqli mənbələrdən olan məlumatlar üzləşdirilir, fərqlər müəyyən edilir və zərurət yaranarsa araşdırılır. Məsələn, şirkətin öhdəliyi olan müəssisələrlə üzləşmə aktları göndərərək, daxili rəqəmlərlə üzləşdirilir. Ortaya çıxan fərqlər araşdırılır.
- Fiziki yoxlama – Bu zaman, aktivlər fiziki olaraq sayılır, fərqlər olarsa, araşdırılır. Fiziki yoxlama planlaşdırılmış, və ya planlaşdırılmamış olar bilər. Bu zaman, rəhbərlik tərəfindən təyin olunmuş şəxslər, aktivlərin fiziki olaraq yoxlamasını həyata keçirir. Məsələn, xəzinədarlıq ilə əlaqəsi olmayan şöbənin əməkdaşları, xəzinədə olan nağd vəsaiti sayaraq, maliyyə uçotu ilə üzləşdirir. Ortaya çıxan fərqlər araşdırılır.
- Audit – Daxili və ya xarici
Daxili Nəzarət sistemi şirkətdə davamlı şəkildə aparılan bir prosesdir. Nəzarət mexanizmlərinin işləməsi üçün xüsusi ilə rəhbərlik tərəfindən bu siyasətə əməl olunması şərtdir. Nəzarətsiz buraxıldığı halda, xərclər, şirkətin mənfəətini yeyə, hətta şirkətin zərərlə işləməsinə gətirib çıxara bilər.