Azərbaycanda bir sıra bankların səhmdar kapitalı fiziki şəxslərə məxsusdur. Bankların kapitalında iştirak payı dəyişsə də, diqqətinizə kapitalının 50%-dən çoxu fiziki şəxslərə aid olan bankları təqdim edirik.
Səhmdar kapitalının 100%-i fiziki şəxslərə məxsus olan banklara Muğanbank, Atrabank, Azərbaycan Kredit Bank, Dekabank, Gəncəbank, Rabitəbank, Parabank, Naxçıvan Bank və Zamin Bank aiddir.
Qafqaz İnkişaf Bankı`nın səhmlərinin 99.85%-i fiziki şəxslərə, 0.15%-i isə hüquqi şəxslərə məxsusdur. Bank Respublika`nın səhmlərinin 75%-i, Unibank`ın səhmlərinin 73.84%-i, Turanbak`ın səhmlərinin 70.97%-i, Kredo Bank`ın səhmlərinin 70%-i, DəmirBank`ın səhmlərinin 64.75%-i, Amrahbank`ın səhmlərinin 54.16%-i, AGBank`ın səhmlərinin isə 50.7%-i fiziki şəxslərə məxsusdur.
Fiziki şəxslərin səhmdarı olduqları banklar