Bu günlərdə yaxşı bir iş tapmaq elədə asan məsələ deyil. Artıq daha da çətin olcaq. Çünki insanların çoxu bakalvr hətta magistr təhsili alırlar. Bir də buna digər dövlətlərdən gələnləri əlavə eləsək vəziyyət daha da qəlizləşər. Ona görə də indi işlədiyiniz yerin qiymətini bilin. Yoxsa əlinizdəki o bəyənmədiyiniz işi də itirə bilərsiniz.
Bəs iş yerində çalışan heyətin əsla etməməli olduğu hərəkətlərin nə olduğunu bilirsinizmi? Əgər etdiyiniz xətanın fərqində deyilsinizsə bu məqalə tam sizə görədir.
1.Yüksək səslə danışmaq
Siz siz olun səsinizi yüksəldərək danışmayın. Nəcib və nazik səslə danışmaq sizi daha simpatik və xoşauralı edər. Yüksək səslə danışmaq insanda negativ düşüncələr formalaşdırdığı üçün bu xüsusiyyətinizdən əl çəkin.
2.Laqeyd davranışlar
Çox diqqətsiz və xoşa gəlməz hallar heçkim tərəfində sevilmir. İş yerində ciddi olmağı üstün tutun.
3.Tez-tez və pis zarafatlar etmək
İnsanlar həmin an etdiyinizi zarafatlara gülə bilər, yaxud gülürmüş kimi göstərə bilərlər. Lakin mütəmadi olaraq edilən heç bir şey gözəl deyil. Bəlkə sizin xətrinizə dəyməmək üçün “bəsdir, belə mənasız zarafatlar etmə” deyə bilmirlər. Buna görə də həddinizi bilin.
4.İş yoldaşlarnız barəsində qiybət eləmək
Hazırda yaxşı münasibətdə olduğunuz iş yoldaşınızla, sevmədiyiniz iş yoldaşnızın, müdirinizin, hətta direktorunuzun qiybətini eləyə bilərsiniz. Nə qədər normal görünsə də gün gələr, dövran dönər iş yoldaşlarınızla münasibətiniz dəyişə bilər. Ən pisi də direktor barəsində danışdıqlarınız sizin əleyhinizə istifadə oluna bilər.
5.Dini və siyasi kimi şəxsi düşüncəyə məxsus mövzular haqqında müzakirə eləmək
Siz siz olun sadəcə işiniz haqqında danışın. Bu zaman nə iş yoldaşlarınızla, nə də rəhbərliklə münasibətiniz pis olmaz. Əsla heçkimin dini və siyasi baxışına qarışmayın. Bunlar sadəcə şəxsi seçimlərdi. Özünüzə mənfi rəğbət toplamayın.
6.Saqqız çiynəmək
Bir qadının, ya da bir kişinin ağzında saqqız görmək heç yaxşı hal deyil. Saqqız iş yerində çiynəlinəbiləcək bir şey deyil. Buna görə də kimsə sizə xəbərdarlıq etmədən dərhal saqqızı tullayın
7.Tez-tez telefonla maraqlanmaq
Elənizdən düşməyən “ağıllı” telefon varsa, ona çox vaxt xəcləməyin. Yoxsa haqqınızda “biz buna havayı maaş veririk” kimi düşüncələr formalaşa bilər.
8.Sosial şəbəkələrdə çox vaxt keçirmək
İşə götürənlərin ən çox sevmədiyi şeylərdən biri işçilərin mütəmadi olaraq sosial şəbəkələrdə zaman keçirməsidir. Buna görə də iş saatı ərzində onları istifadə etməkdən uzaqlaşın. Yoxsa rəhbəriniz sizi işinizdən uzaqlaşdıra bilər.