Onlar üçün susmaq yox, danışmaq qızıldır | Banco.az

Onlar üçün susmaq yox, danışmaq qızıldır

Təqaüdə çıxdıqdan sonra pula pul deməyən insanlar

Ben Bernanke

Amerika Federal Ehtiyatlar Departamentinin (Fed) sədri Ben Bernanke 2015-ci ilin əvvəlindən etibarən vəzifəsindən istefa edərək təqaüdə çıxacaq. Bernanke hazırda ildə 200 min dollar qazanır. Lakin təqaüdə çıxdıqdan sonra müxtəlif iqtisadi mövzularda çıxışlar etməyə davam edəcəyini  bildirən Bernanke pula pul deməyəcək.

Fed rəhbəri təqaüdə çıxmadan əvvəl 200 min dollar qazandığı halda, indi milyon dollarlar qazanacaq. Bernanke söyləyəcəyi nitqlər ilə yanaşı yazacağı məqalələrdən də qonorar alacaq. Bernankenin Bill Klintonun ildə 73 mühazirə rekordunu keçib keçməyəcəyi hər kəsə maraqlıdır.

Tony Blair

İngiltərənin keçmiş  baş naziri Tony Blair İraq müharibəsi zamanı ölkəsində ciddi bir narazılıq ilə üzləşmiş və qarşımızdakı zaman çərçivəsində vəzifəsindən getmək məcburiyyətində qalmışdı. Həyatını  daha sonra xatirələr kitabında toplayan Blair çıxışlarından “Zənbillə” pul qazananlardan  hesab olunur.

Blair sırf keçən il hazırladığı nitqlərdə milyon dollardan çox pul qazandı. Konfranslarına qulaq asmaq üçün gələn dinləyicilər 2500 dollar civarında məbləğ verməli olurlar.

Ən sərfəli kredit üçün müraciət et

Bill Klinton

ABŞ-ın keçmiş prezidenti Bill Klinton 2012-2013-cü il arasında etdiyi 73 çıxışdan  cəmi 17 milyon dollar qazana bilmişdi. Ağ Evi 2000-ci ildə tərk edən Klinton bu vaxta qədər hazırladığı nitqlərindən cəmi 106 milyon dollar qazanmağa müvəffəq olub.

Klinton 2011-ci ildə  13,4 milyon dollar qazanıb.

Gerhard Schröder

Almaniyanın keçmiş baş naziri Gerhard Schröder vəzifəsini Angela Merkelə buraxdıqdan sonra ticarət həyatında yüksəlməyə başladı.

Baş nazirliyi dövründə qurduğu əlaqələr sayəsində Schröder Alman sənaye nəhənglərinin ölkə xarici əməliyyatları üçün əlaqələr qurmuşdu.

2009-cu ildə rus enerji nəhəngi TNK-BP-yə məsləhətçi qismində qoşulan Schröder bu gün enerji dünyasının önəmli simalarından biridir.

Alan Greenspan

Fed tarixinin 3 yəhudi rəhbərindən biri olan Alan Greenspan Respublikaçı dünyagörüşü ilə tanınır.  Eyni zamanda ölkəsində ciddi bir siyasi xadim olan Greenspan Buş tərəfindən də bir çox orden və medallarla təltif olunmuşdu.