Banco.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, noyabr ayında məhz İnvest-Az (259 mln manat) brokerlərin renkinqinə başçılıq edir. Nəzərinizə çatdıraq ki, ötən ay Paşa Kapital 67 mln manatlıq əməliyyatla birinci yerin sahibi idi.
PSG-Broker noyabr ayında 222.8 mln manatlıq əqd bağlayaraq ikinci yerdə qərarlaşmışdır. Renkinqin üçüncüsü isə 92.7 mln manatla Texnika Kapital Menecment MMC olmuşdur.
Xidmətlərin həcminə görə brokerlərin reytinqi (noyabr, 2014)
N | Brokerlər | Əməliyyatların həcmi (AZN) |
1 (-) | İnvest-AZ | 259 378 362.00 |
2 (-) | PSG-Broker | 222 821 935.00 |
3 (8) | Texnika Kapital Menecment | 92 737 463.93 |
4 (1) | Paşa Kapital | 84 366 447.00 |
5 (2) | Unicapital | 34 910 119.68 |
6 (5) | Çelsi Kapital | 32 250 357.27 |
7 (7) | BoB Broker | 24 992 351.94 |
8 (4) | ADB-Broker | 2 130 586.00 |
9 (9) | Xalq Kapital | 239.20 |
Bununla yanaşı, 2014-cü ilin yanvar-noyabr ayları ərzində qiymətli kağızlar bazarında 7.9 mlrd manatlıq əməliyyat aparılmışdır ki, onun 4.1 mlrd manatı dövlət, 3.8 mlrd manatı isə korporativ qiymətli kağızlar bazarında baş vermişdir.
Qiymətli kağızlar bazarında həyata keçirilən əməliyyatların 44%-i repo əməliyyatları təşkil edir.
Ötən ay üzrə brokerlərin renkinqi ilə "Paşa Kapital" "PSG Broker"i liderlikdən saldı məqaləsində tanış ola bilərsiniz.