Bank Avrasiya son hesabatlarını açıqladı | Banco.az

Bank Avrasiya son hesabatlarını açıqladı

Bank Avrasiya III rüb maliyyə hesabatları

Bank Avrasiya`nın 2014-cü ilin III rüb göstəricilərinə əsasən bankın kredit portfeli bir il ərzində 5% artaraq 82.6 mln manat təşkil etmişdir. Bununla yanaşı, bankın aktivlərinin 71%-i təşkil edən kredit portfelinin həcmi 24% artmaqla 58.4 mln manata bərabər olmuşdur. 

Bank tərəfindən müştərilərdən cəlb edilən vəsaitlərdə isə azalma müşahidə edilmişdir. Belə ki, müştərilərin bankda açdıqları cari və depozit hesabların məbləğ etibarilə ümumi həcmi 32.6 mln manata bərabər olmuşdur ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 26% azdır. 

Bankın nizamnamə kapitalı 10 mln manat artaraq 30 mln manata bərabər olmuşdur. Lakin buna baxmayaraq, bankın məcmu kapitalı 29.9 mln manata bərabərdir ki, bu da Mərkəzi Bank tərəfindən məcmu kapitala irəli sürülən 50 mln manatlıq tələbi qarşılamır.

Ən sərfəli kredit üçün müraciət et

Bank Avrasiya III rübdə zərərlə işləyən banklardan olmuşdur. Belə ki, bank cari ilin yanvar-sentyabr ayları ərzində 592 min manatlıq zərərə düşmüşdür. Bunun əsas səbəbi isə bank tərəfindən ayrılan ehtiyatların həcminin artırılaraq 4.6 mln manata bərabər edilməsidir. 

Bankın faizlə bağlı gəlir və xərclərində proporsional artım müşahidə edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın faiz gəlirləri və xərcləri 18% artaraq, uyğun olaraq 6.5 mln manat və 2.2 mln manat təşkil etmişdir. 

Bankların digər maliyyə göstəriciləri ilə Bankların əsas göstəriciləri bölməsindən tanış ola bilərsiniz.