Pozitiv olmağın yoluxucu olduğunu bilirdinizmi? Mütəxəssislərə görə, pozitiv ruh halı, ətrafınızdakı insanlara da müsbət təsir edir. İş zamanı pozitiv olmaq isə, çox insanın ən çətinlik çəkdiyi məsələlərdən biridir.
- İş vaxtı verəcəyiniz qısa müddətli fasilələr, gördüyünüz işə daha yaxşı fokuslanmağınıza kömək olacaq.
- İşə tez gəlmək və o gün ərzində edəcəklərinizi işə başlamazdan əvvəl planlaşdırmaq günə pozitiv başlamağınıza yardımçı olacaq.
- Zamanı yaxşı istifadə etmək şinizi daha asan qurtarmağınıza kömək edəcək, bu isə bilavasitə sizin emosiyalarınıza təsir edəcək.
- İş gününüz yaxşı və düzgün planlaşdırın.
- Qatıldığınız iclasların xoş keçməsi po
Ən sərfəli kredit üçün müraciət et zitiv olmağınıza təsir edəcək. - Sağlam həyat sürməyiniz yalnız iş yerində deyil, gün boyu pozitiv qalmanıza köməkçi olacaq.
- Bir layihəni yetişdirmək üçün tələsmək sizi zərərli çıxarda bilər.
- Uğurlarınızı iş yoldaşlarınız ilə paylaşın və onlara dəstək olun.
- İş yerində negativ işçilərə qarşı qərəzli olmayın.
- Kömək istəməkdən qorxmayın. Birlikdə görülən iş hədəfinizə daha tez çatmağınızı təmin edəcək.
- Ofis daxili müzakirələrdə tərəf tutmayın
- İşinizi görərkən kiçik detalların motivasiyanızı pozmasına icazə verməyin.
- Etdiyiniz iş ilə əlaqədar tənqidləri nəzərə alın.
- Bir iş üstündə çalışarkən sosial media hesablarınıza baxmayın. Bu motivasiyanızı pis təsir edə bilər.