Düzgün qərar vermək üçün 7 istiqamət | Banco.az

Düzgün qərar vermək üçün 7 istiqamət

Həyatımız boyu düzgün ya da səhv bir çox qərar veririk. Bu verdiyimiz qərarlar nəticəsində həyatda bir istiqamətə doğru gedirik. İş dünyasında rəhbərliyin əsl ünsürlərindən biri də qərar verməkdir. Verilən qərarlar nəticəsində, şirkətin əldə edəcəyi itki və ya qazanclar, şirkətin vəziyyəti qədər qərar vericinin də vəziyyətini müəyyən edir. Buna görə də doğru qərar vermək çox əhəmiyyətlidir. Doğru qərar verməyi təmin edəcək əhəmiyyətli ünsürlər bunlardır:

1) Analiz eləyin: Qərar verməmişdən qabaq, o qərarın alınma tələblərini və qərar nəticəsində ortaya çıxa biləcək vəziyyətləri yaxşı qiymətləndirmək lazımdır. Alınacaq qərarın bir addım sonrasını da hesablamaq lazımdır.

2) Cəsur olun: Qərar almaq lazımdırsa tərəddüd etməyin. Qərarınıza müdaxilə etmək istəyən təzyiq qruplarına boyun əyməyin. Başqaları nə deyər deyə düşünməyin.

Ən sərfəli kredit üçün müraciət et

3) Ən düzgün zamanı seçin: Vaxtında alınmamış qərarın təsiri az olur və istənilən faydanı vermir. Bunun görə də vaxtında hərəkət eləyin.

4) Soyuqqanlı olun: Anlıq reaksiyalar nəticəsində verdiyiniz qərarlarda səhv etmə ehtimalınız daha yüksək olacaq. Duyğularınıza təslim olmayın.

5) Bilgi sahibi olun: Qərar verəcəyiniz mövzuya hakim olun. Məlumat əskikliyi sizi yanlış qərar almağa sövq edə bilər.

6) Məsləhətləşməkdən çəkinməyin: Bilik və təcrübəsinə etibar etdiyiniz insanlarla məsləhətləşin. Bunun sayəsində nəzərdən qaçırdığınız detalları da görə bilərsiniz.

7) Xırdalıqlara fikir verməyin: Xırdalıqlara çox fikir versəniz geridə qalarsınız. Bu həm qərar vermə müddətini uzadar, həm də verəcəyiniz qərara mənfi təsir edər.