“Təşkilata üzv bütün ölkələrin razılığı əldə edilib”.
Neft ixrac edən ölkələr təşkilatı (OPEK) neft hasilatının kvotasını dəyişmədi.
Bu barədə cümə axşamı Küveytin neft naziri Əli Saleh əl-Öməyr bildirib.
Səudiyyə Ərəbistanının neft naziri Əli an-Nuayminin bildirdiyinə görə, OPEK “yaxşı qərar” qəbul edib.
Venesuela XİN-nin rəhbəri Rafael Ramires öz növbəsində OPEK-ə üzv bütün ölkələrin razılıq əldə etdiyini, heç kimin mübahisə etmədiyini söyləyib.
Küveytin neft naziri Əli Saleh əl-Ömər həmçinin OPEK-in qərarından razı olduğunu bildirib.